Yüksək təzyiq beyini kiçildir

Yüksək təzyiq beyini kiçildir
Want create site? Find Free WordPress Themes and plugins.

Kaliforniya Unversiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, yüksək təzyiqdən əziyyət çəkən insanlarda beyin daha sürətlə qocalır.

“A24.az” Saglamolun.az-a istinadən bildirir ki, hətta cavan hipertoniya xəstələrində yaddaş, məntiqi təfəkkür, informasiyanın mənimsənilməsi xeyli zəiflənmiş olur.

Alimlərin fikrinə görə, yüksək təzyiqdən əziyyət çəkən 50-yaşlı insanın beyini 65 yaşlı insanın beyini kimidir.

Alimlər MRT köməyi ilə hipertoniklərin beyin həcmini ölçüblər. Müayinə göstərib ki, bu kateqoriya insanlarda beyinin ölçüsü sağlam insanlarla müqayisədə 9% kiçikdir.

Alimlər arterial təzyiqinə daim nəzarət etməyi və təzyiqi normada saxlamağı tövsiyə edirlər. Təzyiqin norması 139/89 mm c.st. qədərdir. Daim yüksək təzyiqlə “gəzən” və bu təzyiqi “raboçi” təzyiq hesab edən insanlar öz sağlamlığına ciddi ziyan vurur. Onlarda infarkt və insult kimi ağır pozulmaların riski təzyiqi normada olan insanlarla müqayisədə olduqca çox olur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar