Yüksək təzyiqin qarşısını alan MÖCÜZƏ

Yüksək təzyiqin qarşısını alan MÖCÜZƏ
Want create site? Find Free WordPress Themes and plugins.

Yüksək arterial təzyiq insanın ümumi sağlamlığı üçün ən ziyanlı amillərdən biridir.

Bu səbəbdən arterial təzyiqi normada saxlamaq həyati vacib olan məsələdir.

Bəzən bunun üçün qidalanmada müəyyən dəyişikliklər etmək, pəhrizə bəzi təzyiqi normallaşdıran qida və ya içkiləri daxil etmək kifayətdir.

Belə ki, Çikaqo Universiteti (ABŞ) alimləri sübut edir ki, kərəviz şirəsinin gündəlik istehlakı təzyiqi tənzimləməyə, hipertoniyanın riskini azaltmağa kömək edir.

A24.Az Sunday Express -ə istinadən xəbər verir ki, kərəvizin tərkibində olan 3-n-butilftalid adlı spesifik maddə damarları genişləndirir və bununla da təzyiqi aşağı salır.

Kərəviz həmçinin “polifenol” adlı antioksidantlarla zəngindir. Bu maddələr ürək-damar sisteminin funksiyasına çox müsbət təsir edir.

Alimlər hipertoniya xəstəliyinə görə risk qrupuna daxil olan insanlara müntəzəm olaraq yarım stəkan (100 qr) kərəviz şirəsini içməyi tövsiyə edirlər.

Bu şirə artıq bu xəstəlikdən əziyyət çəkən insanlara da böyük fayda verir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar