Yuliya Skripal: "Rusiyanın köməyinə ehtiyac duymuram"

Yuliya Skripal: “Rusiyanın köməyinə ehtiyac duymuram”
Want create site? Find Free WordPress Themes and plugins.

 Britaniyanın Solsberi şəhərində baş vermiş zəhərlənmədə zərər çəkən Yuliya Skripal Rusiyanın bu ölkədəki səfirliyinin yardımına ehtiyac duymadğını bildirib.

A24.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Skotlend-Yardın Yuliyanın adından yaydığı bəyanatda bildirilir.

Sənəddə qeyd edilir ki, Rusiyanın diplomatik nümayəndəliyinin ona köməyi təklif edilib. “Hazırda onların xidmətlərindən istifadə etmək istəmirəm, amma əgər fikrini dəyişsəm, mən onlarla əlaqə saxlamağı bilirəm”, – deyə Yuliya Skripal bildirib.

Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovnikinin qızı həmçinin əmisi qızı Viktoriyaya onu baş çəkməməyi və əlaqə saxlamamağı xahiş edib.

Y.Skripal həmçinin bildirib ki, sinir iflicindən əziyyət çəkməkdə davam edir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar