A24 Xeber

Yuliya Skripal xəstəxanadan evə buraxıldı – Təhlükəsiz yerdədir

Yuliya Skripal xəstəxanadan evə buraxıldı – Təhlükəsiz yerdədir
40
10 Aprel 2018 - 11:48

Yuliya Skripal Solsberidəki xəstəxanadan evə buraxılıb və “təhlükəsiz yerə” çatdırılıb.

Bu barədə “A24.az” BBC-yə istinadən xəbər verir.

Bundan əvvəl verilən məlumatda isə bildirilirdi ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın qızı Yuliya Skripal Böyük Britaniyanın Solsberi şəhərində zəhərləndikdən sonra, çox güman, xəstəxanadan evə buraxılır.

Bu barədə “Report” “Sky News” telekanalına istinadən xəbər verib.

Telekanalın məlumatına görə, Yuliya Skripal bir gün əvvəl xəstəxanadan çıxmalı idi, amma mənbələr onun həqiqətən xəstəxanadan çıxıb-çıxmadığını təsdiqləməyib.

Bu gün Skripalı müalicə edən həkimlərin bəyanat verəcəyi gözlənilir.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki, hərbi kəşfiyyatçı Sergey Skripal və onun arasına görmək üçün Moskvadan gəlmiş 33 yaşlı qızı Yuliya martın 4-də Solsberidə Ticarət Mərkəzinin yaxınlığındakı oturacaqda huşsuz vəziyyətdə tapılıb. Onlar nadir əsəb iflic edən maddədən zəhərlənmə diaqnozu ilə təcili surətdə xəstəxanaya çatdırılıblar. Ata və qızı reanimasiyada koma vəziyyətində olub. Bu hadisə nəticəsində 21 nəfər, o cümlədən, hadisə yerinə ilk çatan Nik Beyli adlı polis əməkdaşı da zəhərlənib.

Britaniya hökuməti S.Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib və bu işdə Moskvanı ittiham edib.

Rusiya tərəfi isə ittihamları qəti şəkildə rədd edib, amma istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Report.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00