A24 Xeber

Yunan nazir 22 ildən sonra türk sularına girmək istədi – Belə qovdular – VİDEO

Yunan nazir 22 ildən sonra türk sularına girmək istədi – Belə qovdular – VİDEO
215
29 Yanvar 2018 - 10:37

A24.az xəbər verir ki, dünən Bodrumun Gümüşlük məhəlləsindən 3,5 km uzaqlıqdakı Kardak qayalarına yunanların hərbi gəmilərinin yaxınlaşmasına türklərin sahil təhlükəsizlik gəmiləri mane olub.

Bodrumun Gümüşlük məhəlləsində,  1996-cı ildə baş verən Kardak böhranının 22-ci ildönümündə gərginlik yaşanıb. Yarım saat davam edən gərginlikdən sonra yunan hərbi gəmisi Kalimnos adasına çəkilib. Kardakdan 2 kilometr uzaqlıqdakı Kilyum adasında Kardakda baş verən gərginlik zamanı həyatını itirən 3 yunan zabitinin ildönümü ilə bağlı tədbir keçirləcəyi öyrənilib.

Qeyd edək ki, 22 il əvvəl baş verən Kardak böhranı Türk gəmisi Bodruma 3,8 mil uzaqlıqdakı Kardak qayalıqları yaxınlığında qəzaya uğradıqdan sonra başlayır. Belə ki, Yunanıstan qəzanın onun ərazisində olduğunu bildirir. Türkiyə isə ərazinin ona aid olduğunu açıqlayır. Az sonra hər iki tərəfin hərbi birləşmələri adaların ətrafına yığılır. Yunanlar ərazidəki bir təpəciyə çıxıb öz bayraqlarını orada asırlar. Dövrün Türkiyə Baş Naziri Tansu Çillər isə ‘O bayrak inecek, o asker gidecek’ deyərək Türkiyənin müharibəyə hazır olduğunu bildirir.

1996-cı ilin 29 Yanvarında verilən əmrlə SAT və SAS komandoları gecə yunan birləşmələrinə yaxalanmadan qarşıdakı təpəciyə çıxaraq ora türk bayrağı asır. Əməliyyat o qədər ani olur ki, hətta botlara vurmaq üçün istifadə edilən benzinin gəlməsini gözləməyə belə vaxt olmur. Və əməliyyatdakı bir əsgərin kredit kartından istifadə edilərək benzin alınır. Kıbrıs əməliyyatında olduğu kimi burada da türklərin bəxti gətirir. Belə ki, yunan əsgərlərin istifadə etdiyi ratsiyanın batareyası bitir və onlar vaxtında türklərin çıxdığı təpəciyə türklərdən öncə çıxma əmrini ala bilmirlər. Əməliyyat nəticəsində 3 yunan əsgəri ölür. 30 yanvarda ABŞ və NATO-nun müdaxiləsi ilə tərəflər sakitləşir və son anda müharibədən yan keçilir.

Dünən isə Kardak bölgəsində türk sahil təhlükəsizlik gəmiləri və yunan döyüş gəmisi ilə yenidən qarşı-qarşıya gəlib. Bundan başqa 3 gündür Kilimli Adasının üzü Kardaka baxan tərfində 120-dən çox yunan əsgərinin hərbi əməliyyat keçirdiyi məlum olub. Əməliyyatda mərmi və raket səslərinin Bodrumda da eşidilib.

 

Yarım saat davam edən gərginlikdən sonra yunan döyüş gəmisi Kilimə geri çəkilib. Türk gəmisi Kardak qarşısında gözləməkdə davam edib.


SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00