Yunan nazir: "Ərdoğan İslam dünyasının lideri olmağa çalışır"

Yunan nazir: “Ərdoğan İslam dünyasının lideri olmağa çalışır”
Want create site? Find Free WordPress Themes and plugins.

Yunanıstan Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri, ABŞ-dan F-35 qırıcısı və Almaniyadan dənizaltı gəmi almasından narahatdr.

A24.Az xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər naziri Nikos Kocias deyib. O, Türkiyədən sözügedən silahların hansı niyyətlə alındığının soruşulmasını istəyib.

Bundan əlavə, nazir Türkiyənin Rusiya və Pakistanla nüvə razılaşmalarını da dilə gətirib.

“Türkiyənin 600 mühəndisi nüvə sahəsində yetişdirməsi üçün Pakistana göndərməsi Rəcəb Tayyib Ərdoğanın İslam dünyasının lideri olmaq istəməsindən qaynaqlanır. Lakin Rusiyanın bu strateji addımı gələcəkdə ölkəmə problem yarada bilər”, – deyə nazir bildirib.

Qeyd edək ki, Rusiyanın Türkiyədə inşa etdiyi “Aqquyu” Atom Elektrik Stansiyası 2023-cü ildə istifadəyə veriləcək.

Xatırladaq ki, son aylarda Türkiyə ilə Yunanıstan arasında Egey dənizi sərhədlərində gərginlik yaşanır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar