A24 Xeber

Yunanıstanda İran səfirliyinin əməkdaşlarına qarşı sui-qəsd

Yunanıstanda İran səfirliyinin əməkdaşlarına qarşı sui-qəsd
14
03 Aprel 2018 - 4:24

Yunanıstanın hüquq-mühafizə orqanları İranın Afinadakı səfirliyinin iki əməkdaşına qarsı sui-qəsd faktı üzrə araşdırmaya başlayıb.

A24.Az xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, martın 28-də naməlum şəxs İran səfirliyinin binası yanında iki nəfəri öldürmək niyyəti ilə yaralayıb.

Aprelin 1-də şübhəli şəxs müəyyən edilərək saxlanılıb. Bu, 47 yaşlı iranlı olub.

O, səfirlik əməkdaşlarına hücum etdiyini boynuna alıb. Həmçinin o, diplomatik missiyanın girişi yaxınlığında iki yanğın hadisəsində əli olduğunu etiraf edib.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00