Yunanıstanda iranlı diplomatlara sui-qəsd cəhdi olub

Yunanıstanda iranlı diplomatlara sui-qəsd cəhdi olub
Want create site? Find Free WordPress Themes and plugins.

Yunanıstanın paytaxtı Afinada İran səfirliyinin iki əməkdaşına qarşı sui-qəsd cəhdi olub.

“A24.az”ın “RT”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstan polisinin mətbuat xidməti açıqlama yayıb.

Məlumata əsasən, martın 28-də bıçaqla silahlanmış şəxs İranın Yunanıstandakı səfirliyi qarşısında diplomatlara hücum edib. Şəxsiyyəti müəyyənləşdirilərək saxlanılan 47 yaşlı İran vətəndaşı aprelin 1-də məhkəmənin qərarı ilə həbs edilib. O, ifadələrində cinayət əməllərini etiraf edib.

Bundan əlavə onun iki dəfə diplomatik missiyanın girişində yanğın törətmək cəhdi də üzə çıxıb. İnsidentin motivləri müəyyənləşdirilir.

APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar