Yunanıstanın müdafiə naziri Makedoniya haqda danışdı: Xalqımın fikri öyrənilmədən müqavilə ratifikasiya olunmayacaq

Yunanıstanın müdafiə naziri Makedoniya haqda danışdı: Xalqımın fikri öyrənilmədən müqavilə ratifikasiya olunmayacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Yunanıstanda hökumətin kiçik ortağı həddindən artıq sağçı Müstəqil Yunanların (ANEL) lideri və Müdafiə Naziri Panos Kammenos ölkəsinin Makedoniya ilə imzaladığı ad dəyişikliyi sazişinə qarşı çıxdı.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Kammenos müqavilənin Yunan ictimaiyyətinin fikri olmadan parlamentdə təsdiq olunması təşəbbüsünü mane olacağını deyib.

Yunanıstan Müdafiə Naziri Kammenos, Makedoniya ilə varılan ad müqaviləsinin referendum və ya seçkilər yolu ilə Yunan xalqının təsdiqinə təqdim olunması lazım olduğunu bildirib. Makedoniyanın adının Şimali Makedoniya olaraq dəyişdirilməsini nəzərdə tutan müqavilə haqqında Kammenos bu ifadələri işlədib: “Mənə görə pis bir müqavilə. Bu müqaviləni qəbul etmirəm və ona mane olmağa çalışacağam. Açıq şəkildə bildirmək istəyirəm ki, bu müqavilə Yunan alqının fikri öyrənilmədən təsdiqə təqdim olunmayacaq. Bu da ya seçki və ya referendum yolu ilə ola bilər. Hökumətdə yer alan Müstəqil Yunanlar partiyasının sədri kimi bu məsələdə məsuliyyəti üzərimə götürürəm” deyə bildirib.

Orxan Aslanlı // A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar