A24 Xeber

“Yunayted Kredit Bank” və “NBCBank” da bağlandı

Mərkəzi Bank adı çəkilən daha iki bankın lisenziyasını ləğv edib

“Yunayted Kredit Bank” və “NBCBank” da bağlandı
613
26 Yanvar 2016 - 15:28

Azərbaycanda daha iki bankın lisenziyaları ləğv edilib.

“A24.az” xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli, 06/1 və 06/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC-nin bank lisenziyaları ləğv edilib.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 26.01.2016-cı il tarixdən banklara müvəqqəti inzibatçı təyin edilib.

AMB bildirir ki, “NBCBank” ASC və “Yunayted Kredit Bank” ASC-də Əmanətlərin Siğortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00