A24 Xeber

Zabit Səmədovdan ona meydan oxuyan idmançıya cavab — zal ayağa qalxdı (VİDEO)

Zabit Səmədovdan ona meydan oxuyan idmançıya cavab — zal ayağa qalxdı (VİDEO)
3. 215
29 Yanvar 2018 - 11:10

K-1 qaydasız döyüş növü üzrə dəfələrlə dünya çempionu olmuş » Mauqli» ləqəbli idmançı Zabit Səmədov nöbvbəti döyüşünə çıxacaq.

A24.az BAKU.WS-ə istinadən xəbər verir ki, Britaniyadan olan kikboksçu James McSweeney İzmirdə Beynəlxalq Mix Fight Çempionatında həmyerlimizə meydan oxuyub. Zabit Səmədovun ona cavabı isə bütün zalı coşdurub.

Zabit «Azərbaycan-Türkiyə — iki dövlət bir millət» şüariını səsləndirib. Daha sonra azarkeşlərə söz verən idmançı «Bu şəxsin kim olduğunu bilmirəm amma, qarşılaşmanı çox pis vəziyyətdə məğlub olacaq» deyib. Əsgərlərə də səbr və güc arzulayan idmançı bu sözləri ilə izləyicilərin bir daha rəğbətini qazanıb.

Qeyd edək ki, Zabit Səmədov James McSweeneyin çağırışına cavab verib və aprel ayında Almaniyada görüş olacağı planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00