A24 Xeber

Zakir Həsənov Brüsselə gedir

Zakir Həsənov Brüsselə gedir
26
07 İyun 2018 - 12:22

İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək.

Müdafiə Nazirliyindən A24.Az-a verilən məlumata görə, Azərbaycanı bu toplantıda müdafiə naziri general-polkovnik Zakir Həsənov təmsil edəcək.

Toplantıda NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00