Zakir Həsənov: Ermənistanın danışıqları uzatması bölgədəki şəraitə mənfi təsir göstərir

Zakir Həsənov: Ermənistanın danışıqları uzatması bölgədəki şəraitə mənfi təsir göstərir
Want create site? Find Free WordPress Themes and plugins.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb.

A24.Az xəbər verir ki, Nazir Azərbaycan ilə Misir arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin dövlətlərimizin maraqlarına uyğun olaraq daim inkişaf etdiyini və hərbi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir və danışıqların uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir.

Səfir də öz növbəsində Misirin Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini və diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında dostluq münasibətlərinin, eləcə də hərbi əlaqələrin inkişaf etdirilməsinə töhfəsini vermək üçün səylərini əsirgəməyəcəyini bildirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar