A24 Xeber

Zakir Həsənov Rusiyaya səfərə gedəcək

Zakir Həsənov Rusiyaya səfərə gedəcək
30
26 İyul 2018 - 11:51

 Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə iyulun 27-də Moskva şəhərinə səfər edəcək.

Bu barədə A24.Az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov iyulun 28-də “Beynəlxalq ordu oyunları – 2018” yarışlarının rəsmi açılış mərasimində iştirak edəcək.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00