Zamanda səyahət etmək mümkün olacaq - İDDİA

Zamanda səyahət etmək mümkün olacaq – İDDİA
Want create site? Find Free WordPress Themes and plugins.

British Columbia universitetindən bir neçə araşdırmaçı zaman maşını üçün riyazi modellə çıxış ediblər.

A24.Az Mətbuat.Az-a istinadən bildirir ki, tədqiqatçı Benjamin Tippett riyaziyyat və fizika qanunları ilə zamanda səyahət üçün formul inkişaf etdirib və bunu “Classical and Quantum Gravity” jurnalında yayımlayıb.

Tippett deyir: “İnsanlar zamanda səyahətin bədii hadisə olduğunu düşünürlər. Çünki əslində, bunu edə bilmirik. Lakin riyazi olaraq, bu proses mümkündür”.

Bu tədqiqat üçün Tippett kosmik zaman, qeyri-nizamlı, geriyə qayıdan bir sahənin riyazi modelini yaradıb. Modelin tərkibini isə geniş dairəvi yoldan keçərkən irəli və geriyə, kosmos və zaman boyu daşıyan kosmik zaman qabarcığı kimi dəyərləndirib. Qabarcıq zamanla geriyə hərəkət edərək, bəzən kosmik zamanda işıq sürətindən daha sürətli hərəkət edir.

Tippett, “Kosmik zaman araşdırması həm maraqlıdır, həm də problemli. Amma eyni zamanda riyaziyyat və fizikadan istifadə etmək üçün ən əyləncəli üsuldur. Bu sahədəki mütəxəssislər 1949-cu ildən bəri zaman maşınlarının ehtimal dərəcələrini araşdırırlar. Mənim inkişaf etdirdiyim metod isə bunu həyata keçirmək üçün tamamilə yenidir” deyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Elm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar