A24 Xeber

Zaqatalada 36 yaşlı kişi itkin düşüb, axtarışlara helikopter cəlb olunub

Zaqatalada 36 yaşlı kişi itkin düşüb, axtarışlara helikopter cəlb olunub
53
25 İyul 2018 - 8:42

Zaqatalada 36 yaşlı kişi itkin düşüb.

“A24.az” FHN-in sytına istinadən verdiyi məlumata əsasən, iyulun 24-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlu 21 iyul 2018-ci il tarixində Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.

Q.İbrahimovun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin “Mi-17” helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.​

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00