Zaqatalada ananın doğuşdan sonra niyə öldüyü məlum oldu - EKSPERTİZA RƏYİ

Zaqatalada ananın doğuşdan sonra niyə öldüyü məlum oldu – EKSPERTİZA RƏYİ
Want create site? Find Free WordPress Themes and plugins.

Zaqatalada dünyasını dəyişən 24 yaşlı Karatova Sevgiya Eyyub qızının meyiti üzərində aparılan ilkin müayinənin nəticələrinə görə, qeysəriyyə kəsiyi əməliyyatı zamanı onun ölümünə səbəb olacaq qanaxma baş verməyib.

“A24.az” bildirir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.

Birlikdən bildirilib ki, xəstənin narkozun təsirindən dünyasını dəyişib-dəyişmədiyi aparılan müayinələrdən sonra dəqiqləşdiriləcək:

“Mərkəzə təqdim edilən xəstəlik vərəqəsində S.Karatovanın narkozdan öldüyü qeyd edilməyib. Orada yazılıb ki, Karatova Sevgiya üzərində sentyabrın 5-də aparılan qeysəriyyə kəsiyi əməliyyatı saat 15.50-də başa çatıb. Əməliyyatdan sonra onun vəziyyəti kafi qiymətləndirilib. Saat 20.50-də isə xəstənin vəziyyəti pisləşib. Xəstəlik vərəqində xəstədə tromboemboliyanın baş verməsi qeyd edilib”.

Qeyd edək ki, Zaqatalanın Uzunqazmalar kənd sakini, 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızı əməliyyatdan sonra dünyasını dəyişib. Mərhumun yaxınları S.Karatovanın narkozdan ayılmadığını iddia ediblər.

Körpənin vəziyyəti normaldır.

Xatırladaq ki, ötən il Azərbaycanda ana ölümünün səviyyəsi 2016-cı illə müqayisədə ümumilikdə 5,8 faiz artıb. Statistikaya əsasən Ana ölümünün səviyyəsi 2017-ci ildə əvvəlki illə müqayisədə şəhər yerlərində 1,4 dəfə azalıb, kənd yerlərində isə 1,4 dəfə artıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar