Zaqatalada bir ailənin 6 üzvü qəzaya düşdü

Zaqatalada bir ailənin 6 üzvü qəzaya düşdü
Want create site? Find Free WordPress Themes and plugins.

Zaqatalada bir ailənin 6 üzvü qəzaya düşüb.

A24.Az-ın “APA”ya istinadən məlumatına görə, hadisə bu gecə saat 03.00 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib.

Balakən rayonu Tülü kənd sakini, 1974-cü il təvəllüdlü Ramiz Bayram oğlu Seyidov idarə etdiyi “Mersedes” markalı “99 KT 616” dövlət nömrə nişanlı minik avtomobili ilə Bakıdan Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını aşırıb və maşın yolun səviyyəsindən 4 metr aşağıdakı düzənliyə düşüb. Qəzadan sonra sürücü R. Seyidov, onun həyat yoldaşı 1981-ci il təvəllüdlü Aytən Kamil qızı Seyidova, onların övladları – 2000-ci il təvəllüdlü Xəqani və  2001-ci il təvəllüdlü Sənan, Ramizin bacısı 1976-cı il təvəllüdlü Esmira Bayram qızı Məmmədova və Esmiranın qızı – 2014-cü il təvəllüdlü Fatimə Loğman qızı Məmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan bildirilib ki, yaralılara ilkin tibbi yardım göstərildikdən sonra öz istəkləri ilə müayinə və müalicələrini davam etdirmək üçün Balakən MRX-a göndəriliblər.

Balakən MRX-dan  bildirilib ki, yaralılardan 3 yaşlı Fatimə Məmmədova reanimasiya,  R. Seyidov və E. Məmmədova cərrahiyə şöbəsinə yerləşdiriliblər. Digər yaralıların vəziyyətləri yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar