Zaqatalada ərzaq mağazası yandı

Zaqatalada ərzaq mağazası yandı
Want create site? Find Free WordPress Themes and plugins.

Zaqatalada ərzaq mağazasında yanğın olub.

A24.Az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 21:20 radələrində rayonun Çobankol kəndində, kənd sakini Dinar İsa qızı Mustafayevaya məxsus, ümumi sahəsi 56 kv/m olan ərzaq mağazasında yanğın olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində mağazanın içərisində olan soyuducu və 7 kv/m-lik sahədə taxta vitrin yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

 Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar