Zaqatalada evləri su basıb, bir maşını sel aparıb

Zaqatalada evləri su basıb, bir maşını sel aparıb
Want create site? Find Free WordPress Themes and plugins.

Zaqatalaya yağan güclü leysan yağışları bir sıra fəsadlar törədib.

A24.Az xəbər verir ki, aprelin 13-ü axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
Fasilələrlə qısamüddətli yağışlar yağıb, havanın temperaturu 8-10 dərəcə düşüb.

Aprelin 14-dən 15-ə keçən gecə Zaqatala rayonu ərazisində güclü leysan yağışları yağıb. Leysan nəticəsində mənbəyini dağlardan götürən iri və xırda dağ çaylarında suyun səviyyəsi qalxıb, bəzi çaylarda qısamüddətli sel yaranıb.

Rayonun Mazıx kəndi ərazisindən axan Dəli çayında qısamüddətli sel keçib, çay məcrasından çıxıb. Nəticədə çayın sağ və sol sahilində olan 200-dən artıq evin həyətyanı sahəsini su basıb, 15-ə yaxın evin birinci mərtəbəsinə su dolub, xeyli sayda ev quşu tələf olub, kəndin yaxınlığındakı fındıq bağları sel suları altında qalıb.

Mazıx kənd sakininə məxsus “VAZ 2106” markalı maşını sel aparıb.

Leysan yağışları nəticəsində qəzalarla bağlı gecə saatlarında rayona elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Rayonun Mamrux, Höytala, Yolayrıc və Maqov kəndlərində də bir sıra evlərin həyətyanı sahələrini yağış suları basıb, sakinlərin şəxsi təsərrüfatlarını ziyan dəyib.

Zaqatala rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları gecə saatlarından başlayaraq Mazıx və digər kəndlərdə yaranan problemlərin həlli istiqamətində işlər aparır, sakinlərə və kəndlərə dəymiş ziyan hesablanır.

Zaqatala Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları baş verən qəzaları aradan qaldırılması istiqamətində tədbirlər görür. Səhər saat 10 radələrinə rayon ərazisinə elektrik enerjisinin verilməsi bərpa edilib. (APA)

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar