Zaqatalada polis iti döydüyünə görə töhmət aldı  - VİDEO

Zaqatalada polis iti döydüyünə görə töhmət aldı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Zaqatalada Nizami Ramazanova məxsus 3 aylıq küçük polis əməkdaşı tərəfindən döyülüb.

A24.Az “Qafqazinfo”ya istinadla bildiri ki,  heyvansevər Elxan Mirzəyev bildirib ki, hadisə martın 17-də rayonun Muxax kəndində baş verib. E.Mirzəyev deyib ki, it balasını qonşu Tural Hacıömərov döyüb: “Tural Hacıömərov isə Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin əməkdaşıdır. Balaca küçük döyüldükdən sonra ağır xəsarətlər alıb, gözləri tutulub, ayaq üstə dayana, yeriyə bilmir. Bu barədə baytar rəyi də var”.

Küçüyün döyülməsinə səbəb onun T.Hacıömərova hürməsi olub. E.Mirzəyev hadisə ilə bağlı “102” xidmətinə müraciət etdikdən sonra Mühafizə İdarəsinin rəhbərliyi tərəfindən qəbul edildiyini deyib: “Rəhbərlik məni dinlədi, məsələ onlara da qəribə gəldi. Dedilər ki, araşdırıb qərar verəcəklər”.

T.Hacıömərov  açıqlama verərək hadisənin necə baş verdiyini deyib: “Mən dəfələrlə onlara xəbərdarlıq etmişdim ki, itinizi yığışdırın, küçəyə çıxır. Mənim də qoyunlarım var, küçəyə buraxıram otlayırlar. Neçə dəfə onlara dedim, xeyri olmadı. Həmin gün yenə qoyunları küçəyə ötürüb evə qayıdırdım. Küçük qoyunların üstünə cumub onları hürkütdü. Mən də iti qovmaq üçün daş atdım, dəydi. Sonra küçük çıxıb getdi. Sonra da bunlar yazmağa başladı”.

T.Hacıömərov DİN rəhbərliyi tərəfindən bu hadisəyə görə töhmət aldığını bildirib: “Baş İdarədə araşdırma aparıldı, mənə töhmət verildi, cəzalandırıldım. Hələ iş yekunlaşmayıb, araşdırma davam etdirilir. Hələ ki işimdəyəm, amma bundan sonra necə olacaq bilmirəm. Baş İdarədən xəbər verəcəklər”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar