Zaqatalada yenidən zəlzələnin olacağı haqda AÇIQLAMA

Zaqatalada yenidən zəlzələnin olacağı haqda AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Episentri Zaqatalada olan zəlzələdən sonra ərazidə 90-a yaxın avterşok qeydə alınıb.

“A24.az” bildirir ki, bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, ərazidə dünən baş verən zəlzələ kimi güclü təkanlar gözlənilmir: “Ola bilər ki, əhalinin hiss edəcəyi xırda təkanlar qeydə alınsın”.

Qeyd edək ki, dünən yerli vaxtla saat 22:40-da Zaqatala stansiyasından 16 km cənubda – Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Zəlzələnin davam etmə müddəti 28 saniyə olub. Zəlzələ nəticəsində bəzi evlərə ziyan dəyib. 31 nəfər xəstəxanalara müraciət edib.

Zaqatala rayonunda bir nəfər insult keçirərək ölüb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar