Zaqatalada yol qəzası: 4 nəfər xəsarət aldı

Zaqatalada yol qəzası: 4 nəfər xəsarət aldı
Want create site? Find Free WordPress Themes and plugins.

Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistral yolunun 132-ci kilometrliyində, Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Balakən şəhər sakini 1973-cü il təvəllüdlü Telman Sabir oğlu Kazımovun idarə etdiyi “VAZ 2109” markalı 10 MK 147 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhər sakini Şaban Ərəb oğlu Ərəbovun idarə etdiyi “VAZ 2108” markalı 62 BH 813 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəzadan sonra VAZ 2109 markalı avtomobildə sərnişin qismində olan Balakən rayonu Qazbinə kənd sakini 1997-ci il təvəllüdlü Arzu Rəcəb qızı Bayramova, VAZ 2108 markalı avtomobilin sürücüsü Şaban Ərəbov, onun avtomobilində olan sərnişinlər Zaqatala rayonu Yuxarı Tala kənd sakini 1992-ci il təvəllüdlü Nübar Cəmal qızı Hacıyeva və Balakən rayonu Qullar kənd sakini 1983-cü il təvəllüdlü Aynurə Təmraz qızı İsayeva Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan APA-ya bildirilib ki, yaralılardan Arzu Bayramova xəstəxananın reanimasiya şöbəsinə,  Şaban Ərəbov isə cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.  Digər yaralılar Nübar Hacıyeva və Aynurə İsayevanın vəziyyətləri yüngül olduğundan onlara xəstəxanada yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar