Zaqatalada zəlzələnin nə qədər davam etdiyi açıqlandı

Zaqatalada zəlzələnin nə qədər davam etdiyi açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

İyunun 5-də episentri Zaqatala rayonu olan zəlzələ 28 saniyə davam edib.

“A24.az” bildirir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət mərkəzindən bildirilib.

Məlumatda qeyd olunur ki, zəlzələ yerli vaxtla saat 22:40-da Zaqatala stansiyasından 16 km cənubda – Zaqatala ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Zəlzələnin davam etmə müddəti 28 saniyə olub.

Qeyd edək ki, zəlzələ nəticəsində bəzi evlərə ziyan dəyib. 31 nəfər xəstəxanalara müraciət edib. Zaqatala rayonunda bir nəfər stresdən insult keçirərək ölüb.

APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar