Zaqataladakı 6 ballıq zəlzələ kameralara düşdü - VİDEO

Zaqataladakı 6 ballıq zəlzələ kameralara düşdü – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

İyunun 5-i axşam saatlarında respublikanın Şimal-qərb bölgəsində baş verən zəlzələ fəsadlar törədib. Zəlzələnin baş verdiyi anlar bir neçə marketin təhlükəsizlik kameralarına yansıyıb.

“A24.az”ın “Report”a istinadən verdiyi məlumata görə, rayonun Zaqatala ilə sərhəddə yerləşən Qax rayonunun Güllük kəndində yeraltı təkanlar daha çox hiss olunub.

Zəlzələ nəticəsində bəzi tikililərdə və evlərdə çatlar əmələ gəlib, həmçinin kiçik sahibkarlıqla məşğul olan şəxslərə ziyan dəyib.

Bundan əlavə zəlzələdən sonra Zaqatalanın bir neçə kənd sakininə məxsus çay daşından inşa edilmiş mal tövlələrinin divarında uçqun baş verib, bir-neçə yaşayış evlərinin divarlarında xırda çatlar əmələ gəlib.

Əldə edilən məlumata görə, zəlzələ Zaqatala və Qaxdan başqa, Gəncə, Şamaxı, Mingəçevir, Gədəbəy və Tovuzda, həmçinin qonşuluqdakı Gürcüstan, Ermənistan və Dağıstanda da hiss olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Manşet, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar