Zara Bakıya gələcək - “Jara” festivalının Təşkilat Komitəsindən AÇIQLAMA

Zara Bakıya gələcək – “Jara” festivalının Təşkilat Komitəsindən AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

“Biz tolerant və qonaqpərvər ölkənin nümayəndələri kimi ona “Jara-2018” beynəlxalq festivalına gəlmək imkanı yaratdıq”

“Jara” festivalının Təşkilat Komitəsi Rusiyanın əməkdar artisti Zaranın tədbirdə iştirakına münasibət bildirib.

“A24.az” xəbər verir ki, Təşkilat Komitəsindən APA-ya bildirilib ki, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq Azərbaycan dövlətinin siyasətinin vacib tərkib hissələrindən biridir.

“Bu barədə dəfələrlə ən yüksək səviyyədə bildirilib. Bizim ölkə dialoq və əməkdaşlığa açıqdır, müxtəlif millətləri və mədəniyyətləri təmsil edən insanları birləşdirən meydançadır. Məlumdur ki, incəsənətlə idman siyasətdən kənar sahələrdir, onlar insanları yaxınlaşdırır, konsolidasiya edir. Bu münasibətlə ölkəmizdə “Avroviziya” mahnı müsabiqəsi, ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər tədbirlərin keçirildiyini xatırlatmaq kifayətdir. “Jara” festivalı bu sırada öz layiqli yerini tutub və artıq üçüncü dəfədir paytaxtımızda müxtəlif millətlərin nümayəndələri olan Rusiya şou-biznesinin ulduzlarını toplayır. Milliyyətcə kürd olan müğənni Zara özü ölkəmizə gəlmək istədiyini dilə gətirib. O bizim qədim mədəniyyətimiz, zəngin tarix və adət-ənənələrimizlə tanış olmaq istəyir. Biz də tolerant və qonaqpərvər ölkənin nümayəndələri kimi ona “Jara-2018” beynəlxalq festivalına gəlmək imkanı yaratdıq”, – deyə festivalın Təşkilat Komitəsinin bəyanatında vurğulanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar