A24 Xeber

Zaxarova ikitərəfli münasibətlərdən danışdı

Zaxarova ikitərəfli münasibətlərdən danışdı
29
19 Aprel 2018 - 22:45

“Rusiya Azərbaycanla münasibətlərə öz xarici siyasətinin əsas prioritetlərindən biri kimi baxır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə deyib.

Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu söyləyən Rusiya XİN rəsmisi iki ölkə arasında iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrin inkişafından danışıb: “Bu əməkdaşlığın əsasında bərabərhüquqluluq prinsipi, mehriban qonşuluq, çoxəsrlik dostluq dayanır. İki ölkə arasında dövlət başçıları, hökumətlər və parlamentlər səviyyəsində qarşılıqlı sərfəli, etibarlı əlaqələr mövcuddur”.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00