Zəlzələ nəticəsində 5 məktəbə ziyan dəyib

Zəlzələ nəticəsində 5 məktəbə ziyan dəyib
Want create site? Find Free WordPress Themes and plugins.

Qax rayonunda dünən baş vermiş zəlzələ ilə bağlı bir neçə məktəbə ziyan dəyib.

“A24.az” xəbər verir ki. Təhsil Nazirliyindən verilən məlumata görə, zəlzələ Marsan kənd tam orta məktəbinə daha çox zərər yetirib: “Belə ki məktəbin binasında əvvəlki zəlzələdə də iri çatlar əmələ gəldiyindən tədris prosesində binanın bir hissəsindən istifadə olunmurdu. İndi digər hissələrdə də daha dərin çatlar əmələ gəlib”.

Rayonun Qaxbaş kənd 1 nömrəli tam orta, Fıstıqlı, Qaradolaq, Çinarlı kənd ümumi orta məktəblərində və Uşaq Gənclər İnkişaf Mərkəzinin binasının divarlarında xırda çatlar əmələ gəlib. Adı çəkilən bütün müəssisələrdə dərs prosesi davam edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar