Zəlzələdən sonra 2 min sakin İcra Hakimiyyətinə müraciət edib

Zəlzələdən sonra 2 min sakin İcra Hakimiyyətinə müraciət edib
Want create site? Find Free WordPress Themes and plugins.

Zaqatalada iyunun 5-də baş vermiş zəlzələdən sonra 2 minə yaxın sakin evində yaranan çatlara görə rayon İcra Hakimiyyətinə müraciət edib.

“A24.az” bildirir ki, bunu Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov deyib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində evlərin dağılması halları olmasa da, onlarda çatların yaranması, mövcud çatların isə genişlənməsi halları müşahidə edilib.

Komissiya sədri qeyd edib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyaları 3 istiqamət üzrə zəlzələnin ziyan vurduğu ərazilərdə iş aparır: “Onlar hansı evlər və sosial obyektlərin zəlzələdən zərər çəkdiyini müəyyən edirlər. Komissiyalar onların qəzalılıq səviyyəsini müəyyən edib nəticələrini Fövqəladə Hallar Komissiyasına təqdim edəcəklər. Bizə müraciət etmiş bütün sakinlərin evlərinə baxış keçiriləcək”.

T.Əhmədov bildirib ki, Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə dövlət komissiyalarının üzvləri ötən gün sosial obyektlərə baxış keçiriblər, bu gün isə fərdi evlərə baxış keçiriləcək.

Onun sözlərinə görə, ümumilikdə zəlzələ nəticəsində dəyən ziyan barədə ilkin məlumatı 2-3 gündən sonra söyləmək mümkün olacaq.

T.Əhmədov zəlzələ nəticəsində Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının binasında kiçik çatların yarandığını da söyləyib.

Qeyd edək ki, iyunun 5-də saat 22:40-da Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala qədər hiss olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar