A24 Xeber

Zəlzələdən sonra xəstəxanaya 31 nəfər müraciət edib – Nazirlikdən açıqlama

Zəlzələdən sonra xəstəxanaya 31 nəfər müraciət edib – Nazirlikdən açıqlama
45
06 İyun 2018 - 10:34

Zaqatala rayonu ərazisində baş vermiş təqribən 6 bal gücündə zəlzələ nəticəsində insan tələfatı qeydə alınmayıb.

“A24.az”ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova bildirib ki, iyunun 5-i axşam saat 22:40-da Zaqatala rayonu ərazisində baş vermiş zəlzələdə insan tələfatı qeydə alınmayıb:

“Səhiyyə Nazirliyi bildirir ki, zəlzələdən sonra insanlar arasında yaranan stress və isteriya səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon xəstəxanalarının Təcili Yardım şöbələrinə ümumilikdə 31 müraciət daxil olub”.

Zaqatala rayonu Göyəm kənd sakini 63 yaşlı Soltan Qandaxov isə zəlzələ zamanı həyəcanlanaraq stress keçirib. Qan təzyiqi yüksələn S.Qandaxov insult keçirərək vəfat edib. S.Qandaxov əvvəllər də Zaqatala rayon kardioloji dispanser qeydiyyatında olub.

S.Əhmədova deyib ki, Qax şəhər sakini 13 yaşlı Gülər Durmuşzadə isə zəlzələ anında qaçmaq istəyərkən yıxılıb və ayağı burxulub. Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən G.Durmuşzadəyə lazımi tibbi yardım göstərilib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00