Zəngəzur Azərbaycana qaytarılır?  - Müqavilə qüvvədən düşdü, şok açıqlama

Zəngəzur Azərbaycana qaytarılır? – Müqavilə qüvvədən düşdü, şok açıqlama
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən gün millət vəkili Rasim Musabəyovun  Ermənistanın “Armİnfo” agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər bəzi tərəflər arasında müzakirə mövzusuna çevrilib.

Müsahibəsi zamanı millət vəkili “etimad səviyyəsinin artırılması və qarşıdurmaların azaldılması növbəti addıma keçməyə imkan verəcək, bu zaman Dağlıq Qarabağın siyasi dialoqa qoşulmasına və xarici bazarlara çıxış əldə etməklə təsərrüfat-iqtisadi fəaliyyət həyata keçirməsinə imkan verən aralıq statusunu razılaşdırmaq olar. Əvəzində isə daha 2-3 rayonu azad etmək olar” deyib. (daha ətraflı burada)

Millət vəkilinin fikirlərinə reaksiya verən jurnalist Eynulla Fətullayevin şəxsi feysbuk səhifəsində Rasim Musabəyovun və onun babası ilə bağlı yazdıqları diqqət çəkib: “Rasim Musabəyovun babası bolşevik Qəzənfər Musabəyov düz 100 il bundan öncə Qarabağın Ermənistana verilməsinə dəstək vermişdi! Məşhur üçlük – Əliheydər Qarayev-Mirzədavud Hüseynov-Musabəyov. Tarix necə də təkrar olunur”.

Mövzunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə davam etdirmək istədik. “A24.az”a açıqlamasında partiya sədri millət vəkilinin Dağlıq Qarabağa müxtariyyətin verilməsi ilə bağlı təklifi haqda bunları söylədi:

“Əvvəla, heç vaxt nə Demokratik Cümhuriyyət vaxtında, yəni Əliheydər Qarayevin, yaxud Musabəyovun vaxtında Dağlıq Qarabağ Ermənistana verilməyib. Dağlıq Qarabağa müxtariyyət 1924-cü ildə verildi. O zamanlar Mikoyanın da biləvasitə Dağlıq Qarabağa müxtariyyətin verilməsi ilə bağlı imzası var. Həmin qərarda da yazılıb ki, Qarabağa bir şərtlə muxtariyyət verilir ki, heç vaxt ermənilərə Azərbaycandan ayrılmaq məsələsi qoyulmasın. Yəni Dağlıq Qarabağ ermənilərə verilmədi. Nəinki Musabəyov, hətta ondan qabaqkı şah dövründə belə Qarabağın, ümumiyyətlə, ermənilərə verilməsi ilə bağlı heç vaxt fikir olmayıb. Nə sovetlər, nə bolşeviklər, nə kommunistlər, nə müsavatçılar, nə də şahsevənlər Qarabağın ermənilərə verilməsi ilə bağlı heş vaxt hər hansı bir sazişə imza atmayıb, fikir deməyiblər. Ona görə də bu tamamilə yanlış bir fikirdir, guya bizim tariximizdə kimlərsə Qarabağın ermənilərə verilməsini istəyib, razılaşıblar. Belə bir hal olmayıb. Onun o dediyi Musabəyovdur, Qarayevdir, Ayna Sultanovadır, Həmid Sultanovdur və sairə, bunlar Rusiyaya birləşdirilməsinin, Müsavat hökumətinin istefa verməsinin və Azərbaycanın Rusiyaya birləşməsinin tərəfdarı olublar. Çünki onlar Rusiya Kommunist Partiyasının Azərbaycan bölməsinin rəhbərləri olub. Onlar hesab edib ki, Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır. Ona görə də Müsavat Demokratik Cümhuriyyətin süqut etməsində Əliheydər Qarayev, xüsusilə bu müstəvidə xidmətlər göstərib. Hətta  Parlamentin iclasında cibindən silah çıxarıb, ordakıları hədələyirdi ki, 11-ci Qızıl orduyla birlikdə hamınızı qıracam. Yəni bu baxımdan o adamların günahı belə deyək də istiqlalın əleyhinə çıxmasında, Qarabağın verilməsində, ümumiyyətlə verilməyib axı, belə bir fakt olmayıb. Qarabağa əvvəldə qeyd etdiyim kimi muxtariyyət 1924-cü ildə verilib, o da məlumdur kim imzalayıb və hansı şərtlər daxilində… Ona görə də o məlumat qeyri-dəqiqdir.

O ki, qaldı Musabəyovun fikrinə, 2-3 rayonu işğaldan azad etməklə olsa belə, yenə Türkiyə ilə biz dolayısı rabitə yaradacağıq. Çünki Naxçıvanla Azərbaycan arasında vaxtilə Demokratik Cümhuriyyətinin Ermənistana verdiyi bir ərazi var, indiki Ermənistanın Sisiyan rayonudur. O vaxtı Zəngəzur mahalı adlanırdı. Həmin Zəngəzur mahalı bir şərtlə ermənilərə verildi ki, onlar Azərbaycana daha torpaq iddiası etməsinlər. Çox təəssüf ki, ermənilər Zəngəzuru aldılar, amma həmin gündən də əlavə torpaq iddiası etməyə başladılar. Biz gərək ərazi iddiaları etdiklərinə görə Ermənistana verilən, həmin müqavilə qüvvədən düşdüyünə görə, ermənilərə könüllü verdiyimiz torpaqları geri almalıyıq, Zəngəzur mahalını da… Onda hə, Zəngəzur mahalını geri alsaq, Azərbaycanın Türkiyə ilə birbaşa yolu açılar.

Əgər Azərbaycanın imkanı varsa, bu rayonları növbəyə qoymağa ehtiyac yoxdur. Azərbaycan son qarış torpağını işğaldan azad etmək üçün mübarizəsini davam etdirməlidir. Bunun sonrası, əvvəli yoxdur. Ona görə də məsələni bu cürə qoymaq bir az  qeyri-şərti bir yanaşmadır mənim üçün. Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etməlidir və tarixən müəyyən şərtlər daxilində Ermənistana verilən torpaqları, o cümlədən Yerevannın (100 illliyi tamamlanıb, o da müqavilə ilə Ermənistana verilib) yenidən müzakirə edilməsi şərti ilə, müəyyən şərtlərlə verilən Zəngəzurun (həmin şərtləri ermənilər pozub, ermənilərin Dağlıq Qarabağa yerləşdirilməsində) Azərbaycana qaytarılması ilə bağlı məsələni gündəmə çıxarmalıdır.  1918-ci ildə bağlanmış müqavilələr ermənilərin günahları ucbatından öz hüquqi qüvvəsini itirdiyinə görə, Azərbaycan bütün qanuni torpaqlarına iddia qaldırmalıdır. İndi biz ancaq Qarabağı azad etməkdən danışırıq, ancaq dediyim kimi Azərbaycanla Ermənistan arasında qarşılıqlı razılaşma əsasında Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistana verilməsi məsələsini ermənilər o müqaviləni pozduqları üçün həmin torpaqları geri qaytarmalıyıq”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar