Zərdabda ağır yol qəzası: ölən və yaralılar var

Zərdabda ağır yol qəzası: ölən və yaralılar var
Want create site? Find Free WordPress Themes and plugins.

Zərdab rayonunda ağır yol qəzası baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Körpükənd və Burunlu kəndləri arasında qeydə alınıb.

Belə ki, “VAZ-2107” və “Daewoo Nexia” markalı minik avtomobilləri toqquşub.

Nəticədə “Daewoo Nexia”nın sürücüsü, Mingəçevir şəhər sakini Rakif Yunusov hadisə yerində ölüb, hər iki maşında olan 5 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan biri uşaqdır. Onlar xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar