A24 Xeber

Zərdabda iki avtomobil toqquşdu: 4 nəfər xəsarət aldı

Zərdabda iki avtomobil toqquşdu: 4 nəfər xəsarət aldı
41
08 Aprel 2018 - 19:29

Zərdabda 4 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zərdab-Mollakənd yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb.

Şahin Şirvan oğlu Cəfərovun idarə etdiyi  “FORD” markalı maşınla İbrahim Rafiq oğlu İsayevin idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və “Mercedes” markalı avtomobilin sərnişinləri – Vahid Əlağa oğlu Həsənov  və onun həyat yoldaşı xəsarət alıblar.

Ş. Cəfərovun xəsarətləri ağır olduğundan o, müalicə məqsədi ilə paytaxta aparılıb.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00