Zərnigar Ağakişiyeva dəfn edildi - VİDEO

Zərnigar Ağakişiyeva dəfn edildi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva 73 yaşında vəfat edib.

Tanınmış aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən aşkarlanıb.

Böhran vəziyyətlərində idarəetmə mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş xüsusi riskli xilasetmə xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar ediblər.

Tanınmış teatr və kino aktrisası bu gün anasının yanında torpağa tapşırılıb.

Zərnigar Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsini bitirib. Zərnigar Ağakişiyeva kino və teatrda yaratdığı obrazlar- “Mahnı dağlarda qaldı”, “Təhminə və Zaur”, “Ölülər” və digərləri tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar