Zəvvarları aparan avtobus dərəyə aşdı - 50 nəfər öldü

Zəvvarları aparan avtobus dərəyə aşdı – 50 nəfər öldü
Want create site? Find Free WordPress Themes and plugins.

Hindistanda zəvvarları aparan avtobus dərəyə aşıb. 

“A24.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə sentyabrın 11-də səhər saatlarında Telinqan ştatının Caqtyal dairəsində qeydə alınıb.

Qəza nəticəsində 50 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb. Ölənlər arasında uşaqlar da var. Yarlılar xəstəxanaya yerləşdirilib.

Zəvvarlar dağ aşırımından keçərək məşhur Kondaqattu ziyarətgahına gedirmiş. Polis qəzanın baş verməsinin səbəblərindən biri kimi avtobusun əyləcinin nasaz olmasını göstərir.

Qeyd edək ki, qəza Hindistan üzrə son bir neçə ildə qeydə alınan ən böyük yol-nəqliyyat hadisəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar