"Zeytun budağı" əməliyyatı 20-ci günündə...

“Zeytun budağı” əməliyyatı 20-ci günündə…
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatının ilk günündən TSQ və ASO kənd və təpələr olmaqla 40 məntəqəni PYD/PKK-nın işğalından azad edib.

“A24.az” xəbər verir ki, fevralın 8-də “Zeytun budağı” əməliyyatı 20-ci gününə qədəm qoyub.

Silahlı qarşıdurmaların davam etdiyi əməliyyat nəticəsində sərhədlərdəki nəzarətin böyük hissəsi ələ keçirilib. Afrinin şərqindəki Şeyh Horoz kəndi də terrorçulardan alınıb.

Afrindəki əməliyyatın 19-cu günündə TSQ və ASO qüvvələri bölgənin 8 məntəqəsindən irəliyə doğru hərəkət edib. Əməliyyat zamanı sərhəd xəttində və daxildə YPG hədəflərinə tank və toplardan atəş açmaqla, havadan müdafiə sistemləri vasitəsiylə dəstək verilib. “F-16” qırıcıları da terror təşkilatının dağlıq bölgələrdəki hədəflərinə atəş açıblar.

Bundan başqa dünən həyata keçirilən əməliyyat zamanı Türk Ordusunun 2 əsgəri şəhid olub. Bu haqda açıqlamanı Türk Silahlı Qüvvələri yayımlayıb.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar