A24 Xeber

Türkiyənin Afrində başladılan “Zeytun budağı” əməliyyatı 21-ci gününə girib.

“A24.az” xəbər verir ki, əməliyyatla bağlı Türk Silahlı Qüvvələri tərəfindən son dəqiqə xəbərləri gəlməkdə davam edir.

Əldə edilən məlumatlara görə, Afrində zərərsizləşdirilən terrorçuların sayı 1062 nəfərə çatıb. TSQ-nin verdiyi açıqlamaya görə, havadan edilən hücumlar zamanı Raco və Şiltahda qarşıdurmalar güclənib.

Bundan başqa, “Zeytun budağı” əməliyyatı çərçivəsində Hava Qüvvələri tərəfindən gerçəkləşdirilən hava hücumlarında PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatlarına aid sığınacaq, silah anbarının olduğu 19 hədəf məhv edilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

“A24.az” əməliyyatın 21-ci günü ilə bağlı türkiyəli müxbirin videogörüntüsünü təqdim edir:

https://www.youtube.com/watch?v=_wNgClQyjJE

Firuzə Alimova / A24.az

Türkiyənin Afrində başladılan “Zeytun budağı” əməliyyatı 21-ci gününə girib. “A24.az” xəbər verir ki, əməliyyatla bağlı Türk Silahlı Qüvvələri tərəfindən son dəqiqə xəbərləri gəlməkdə davam edir. Əldə edilən məlumatlara görə, Afrində zərərsizləşdirilən terrorçuların sayı 1062 nəfərə çatıb. TSQ-nin verdiyi açıqlamaya görə, havadan edilən hücumlar zamanı Raco və Şiltahda qarşıdurmalar güclənib. Bundan başqa, “Zeytun budağı” əməliyyatı çərçivəsində […]

“Zeytun budağı” əməliyyatı 21-ci günündə… – VİDEO

127