A24 Xeber

“Zeytun budağı” hərəkatında 10-cü gün: Hədəf KASTAL kəndi…

“Zeytun budağı” hərəkatında 10-cü gün: Hədəf KASTAL kəndi…
109
29 Yanvar 2018 - 9:35

“Zeytun budağı” hərəkatının əhəmiyyətli məntəqələrindən biri olan Burseya dağı dünən terrorçulardan tamamilə təmizləndikdən sonra Afrinin mərkəzinə gedən yol da açılmış oldu.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrindən (TSK) verilən açıqlamaya görə, 73-ü dünən olmaqla əməliyyatın başlandığı gündən bu yana 557 terrorçu zərərsizləşdirilib.

TSK-nın gerçəkləşdirdiyi Afrin əməliyyatının 10-cü günündə bölgədəki ən strateji 13 məntəqədən ilki olan və “İkinci Kandil” olaraq bilinən Burseya dağı ilə birlikdə 13 kənd, 1 kənd qəsəbəsi və 4 strateji əhəmiyyətli təpə olmaqla 19 məntəqə terrorçulardan təmizlənib.

TSK “Zeytun budağı” əməliyyatı ilə bağlı son məlumatları açıqlayıb. Belə ki, əməliyyat zamanı sadəcə terrormçular və onlara aid  sığınacaqlar, xəndəklər, silah, avtomobil və hərbi vasitələr hədəf alınmaqla məsum insanların zərər görməməsi üçün hər cür diqqət və həssasiyyət göstərilib. Gecə həyata keçirilən hava əməliyyatı ilə terror təşkilatlarına aid olan hədəflər məhv edilib. Gün ərzində 73 PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatına məxsus canlı qüvvə zərərsizləşdirilib. Lakin qeyd olunur ki, həyata keçirilən əməliyyat zamanı 2 türk əsgəri yaralanıb.

Firuzə Alimova / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00