Zidan: "Neymar və Ronaldu bir yerdə oynaya bilər"

Zidan: “Neymar və Ronaldu bir yerdə oynaya bilər”
Want create site? Find Free WordPress Themes and plugins.

 İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan hesab edir ki, braziliyalı Neymar Madrid klubuna keçəcəyi təqdirdə hücumçu Kriştianu Ronaldunun onunla oynamaqla bağlı heç bir problemi olmayacaq.

Fransalı məşqçinin sözlərini “Goal” nəşri sitat gətirib.

“İndi yalnız baş verənlərə görə narahatlıq hissi keçirirəm. Finaldan sonra gələcək mövsüm və hansı dəyişikliklərin baş verə biləcəyi barədə rəhbərliyimizlə danışacağıq. Ancaq indi Neymar və digər futbolçular barədə danışa bilmərəm”.

Yaxşı futbolçular həmişə bir-birinə uyğun gəlir. Yadımdadır ki, Corkaeflə mənim bir yerdə oynaya bilməyəcəyimi deyirdilər, amma sonra Dünya kubokunu qazandıq. Yaxşı oyunçular həmişə birlikdə oynaya bilirlər. Meydanda komanda kimyası əhəmiyyətlidir.

“Real”ın Neymarın transferi ilə bağlı danışıqlar aparıb-aparmadığını bilmirəm. İndi bizi hazırda baş verənlər narahat edir. Mən bunu şəxsən Neymardan soruşmamışam, çünki bu işlərdə iştirak etmirəm. Biz bu mövsümü bitirməliyik, qalan digər məsələlərlə sonra məşğul olacağıq “, – deyə Zidan bildirib. //Report

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar