A24 Xeber

Zika virusuna qarşı vaksin hazırlandı

Zika virusuna qarşı vaksin hazırlandı
566
25 Mart 2017 - 9:45

Çin və Fransa alimləri Zika virusuna qarşı vaksin hazırlayıblar.

A24.Az Ria Agentliyinə istinadən xəbər verir ki, vaksin artıq Afrikada 2019-cu ildə istifadə edilə bilər.

Şanxayda Paster İnstitutunun elmi işçisi qeyd edib ki, hazırlanmış vaksin Zika virusu ilə mübarizə üçün təhlükəsiz və effektiv vaksinlərə namizəddir.

Zika titrətmə ilə müşahidə edilən xəstəlikdir. Meymunların kəskin yoluxucu xəstəliyidir, bəzən ağcaqanadların dişləməsı ilə insana keçir, qızdırma, titrətmə ilə müşahidə edilir. Virus hamilə qadınlar üçün təhlükəlidir. Dölün gələcəyi üçün ciddi problemlər yaradır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00