Ziya Məmmədov Azərbaycanı birdəfəlik tərk edir: Sabiq nazir Londona köçür

Ziya Məmmədov Azərbaycanı birdəfəlik tərk edir: Sabiq nazir Londona köçür
Want create site? Find Free WordPress Themes and plugins.

Sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifədən çıxarıldıqdan və ölkədəki biznes strukturlarının önəmli hissəsi əlindən alındıqdan sonra kölgəyə çəkilib. Özünün və yaxın ətrafının gəlir sahələrindən mərhum edilməsinə susqunluqla reaksiya verən Ziya Məmmədovun bundan sonra nə edəcəyi isə hər kəsə maraqlıdır.

Görünən odur ki, onun qarşısında iki seçim var: Ya siyasi-biznes karyerasının qürubuyla barışaraq Azərbaycanda ömrünü davam etdirmək, ya da əlində qalan və o qədər də az olmayan maliyyəni də çıxartmaqla Azərbaycanı tərk etmək…

“A24.az” bildirir ki, bununla bağlı “savash.org”un əldə etdiyi informasiyaya görə, sabiq nazir ikinci yolu seçib və bu istiqamətdə konkret hərəkət etməyə başlayıb. Onun yaxın zamanlarda Azərbaycanı birdəfəlik tərk edərək oğlunun yanına – Böyük Britaniyaya köçəcəyi bildirilir. Xatırladaq ki, artıq Ziya Məmmədovun oğlu Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması haqda xəbərlər təsdiqlənməkdədir. Hər halda yerli mətbuat bu haqda az qala bütün təfərrüatları yazsa da qarşı tərəfdən məsələylə bağlı hansısa təkzib eşidilməyib, bu isə informasiyanın dolayısı ilə təsdiqlənməsi deməkdir. 

Bildirək ki, Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması xəbərləri 2-3 il əvvəldən yayılmağa başlayıb. Bunu nəzərə alsaq, belə ehtimal etmək olar ki, nazir oğlu manat ekvivalentində təxminən 25 milyon xərcləməklə 3 ilə Böyük Britaniya vətəndaşlığı alıb.

Görünən odur ki, oğlunun Böyük Britaniyada yerləşməsinə illər sərf etdikdən sonra buna nail olan Ziya Məmmədov indi də özü köç hazırlığındadır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar