Zorakılığa məruz qaldıqdan sonra valideynləri belə qəbul etməyən qadını...- VİDEO

Zorakılığa məruz qaldıqdan sonra valideynləri belə qəbul etməyən qadını…- VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Sevgililər günü, ad günüylə dəyişik salınan 8 Mart kapitalizmin bir oyunu deyil. Həmçinin kişilərin qadınlara hədiyyə aldığı, qadınların da bu günün saxta endirimlərindən faydalandığını düşünərək alış-veriş edib mağazalara gəlir verdiyi uydurulmuş göstərişli bir gündən daha dəyərlidir. Bəs bu bayramda əslində kimlərə təbrik düşür?

Amerikanın Nyu-York ştatında bir toxuma fabriki… Çox ağır iş rejimi, uzun iş saatları və buna qarşılıq aşağı əməkhaqqı…

Şərtlər hər ötən gün daha da dözülməz hala gəlir, işçilərin isə artıq səbri tükənmək üzrədir.

Və nəhayət bu gedişata qarşı gələn oldu. 8 Mart 1857-ci ildə qadınlar insanlığa sığmayan bu rejimə öz etiraz səsilərini ucaldır. Tələbləri isə daha yaxşı əməkhaqqı, 16 saatlıq iş vaxtının 10 saata endirilməsi, və ən əsası kişilərlə bərabər işçi hüquqana malik olmaları idi.

Tələblər rədd edildi, “səsləri çıxanlar”ın da avazı özlərinəməxsus şəkildə alındı. Amma nəticəsiz qalmadı: bu qadınlar daha böyük üsyanların toxumunu səpdi. Bu günün qadının var edən üsyanların.

20-ci əsrin əvvəllərində geyim sənayesi Nyu-Yorkun ən çox işçi istismar edən sektoruydu. Vəziyyət isə daha da pisləşmiş, əməkhaqqıları xeyli aşağı düşmüş və iş saatları isə daha da artırılmışdı.

Bu səbəblə 1909-cu ildə yenidən etiraz aksiyası keçirən işçi qadınların bu dəfə tələblərinin çoxu qəbul edilir. Yalnız bir fabrikdən rədd cavabı gəlir. Və çox keçmir ki, həmin fabrikdə iş zamanı yanğın baş verir, təsadüfə baxın ki, bütün çıxış qapılar bağlı, köməyə isə kimsə gəlmirdi. Bu yanğında 129 qadın həyatını itirir.

Yüz minlərlə qadın işi buraxaraq cənazə yürüyüşünə qatılır və bu üsyan Amerika tarixində “ən böyük qadın üsyanı” adını aldı.

1 il sonra Almaniya Sosial Demokrat Partiyasının fəal üzvü Klara Setkin 8 Martın “Dünyada işçi qadınlar günü” olmasını təklif edir və səs çoxluğu ilə qəbul olunur.

Dünya qadınlar günü ilk dəfə 1911-ci ildə Avsraliya, Danimarka, Almaniya və İsveçrədə qeyd olundu.

1917-ci ilin 8 Martında Rus əməkçi qadınları “ Əmək və sülh istəyirik” sloqanı ilə küçələrə çıxır və bu gün bizim təqvim və tariximizdə də öz yerini alır.

Azərbaycan tarixində də öz sözünü demiş, ilklərə imza atmış qadınlar var: Xurşidbanu Natəvan, Məhsəti Gəncəvi ,  Azərbaycan tarixinin ilk qadın naziri- Ayna Sultanova, ilk azərbaycanlı şəfqət bacısı- Nigar Şıxlinskaya, ilk professional Azərbaycan qadın müğənnisi- ,  Şövkət Məmmədova,  Şərqin ilk opera yazan qadın bəstəkarı- Şəfiqə Axundova, Azərbaycanın ilk balet rəqqasəsi  Qəmər Almaszadə kimi bir çox qadınlarımızı misal çəkə bilərik.

Əhalisinin 50 faizidən çoxu qadın olan Azərbaycanda işləyən əhalinin 48,8 faizini qadınlar təşkil edir. Bu diyarlar üçün qadınları işçi və ya işçi olmayan kateqoriyaya ayrısaq, onların evdə təmənnasız uşaqlarının, ərinin, yaşlı insanların qayğısına qaldığı zamanı heçə saymış olarıq.

Qadın kişi bərabərdir, qadınlar zərifdir deyərək əslində isə çox zaman onları zəif hesab edən kişilər qadınları anlamadı, heç vaxt da anlamayacaqlar.

Hippokrat andı içmiş həkimin qazanc xatirinə ana bətnindəki körpəni cinsiyyətinə görə öldürməsini anlamayacaqsınız.

Qadın olduqları üçün ayrı-seçkiliyə məruz qalaraq məktəbə göndərilməyən qızları anlamayacaqsınız.

Zorakılığa məruz qaldıqdan sonra valideynləri belə qəbul etməyən qadını anlamayacaqsınız.

Təcavüz, zorakılııq və təzyiqdən müdafiə olunmaq üçün hüquqa sığınıb yenidən ər evinə qaytarılan qadını anlamayacaqsınız.

“Bu qız sənəti deyil”, “Kimə versək, ona gedəcəksən”, “Bircə, söz-söhbət olmasın” deyərək həyatı alt-üst edilən qadını anlamayacaqsınız.

Ətrafındakıların düşündüklərinin qadın xoşbəxtliyindən üstün olmanın nə demək olduğunu anlamayacaqsınız.

İnsan alverinin qurbanı olan qadının cəmiyyətinin qınağından daha çox qorxmasını anlamayacaqsınız.

Görünüşünün, davranışının, küçədə olma saatlarının mühakimə edilməsini çərçivələr içində azadlıqdan danışan kişilər, siz heç anlamayacaqsınız.

Boşanılan zaman bütün nöqsanların qadında görülməsi azmış kimi “namussuzsan” başlığı ilə boşadılmasını anlamayacasınız.

Hər kəsin söz haqqının olduğunu bədənlərinə yazaraq etiraz etmənin nə olduğunu anlayacaqlar.

Bütün bu çətinliklərə və çəkilən sərhədlərə baxmayaraq qadının alnının təri, əlinin zəhmətilə ağla sığmaz uğurlara necə imza atmasını anlamanız onsuz mümkün deyil.

Elm adamları qadınları gözünüzdə kiçiltməməyi tövsiyə edir:

Hər uğurlu kişinin arxasında bir qadın əməyi vardır.

Qadının sizdən məsləhəti istəməsi o demək deyil ki, sizin məsləhətinizə ehtiyacı var, o,sadəcə,özünə həmsöhbət axtarır.

Qadınlar onları dinləməyi bacaran kişini varlı kişidən üstün tutarlar. Qadını idarə etməyi bacaran dövləti də idarə edər.

Bir qadına gözəl olduğunu söyləməyin; ona başqa bir qadının onun kimi olamadığını söyləyin

Mövzumuz qadın olarsa, onları vəsf etməyə saatlar kifayət etməz. Ümid edirik ki, qadınların təhsil haqlarının alınmadığı, uşaqlıqlarını geyindikləri gəlinliklə unutmadıqları, doğulmamış abort olunmadıqları, bədənlərinin sərmayə və namus sayılmadığı, şiddətdən ölmədikləri, dəyər görmələri üçün ana və ya bacı olmağa ehtiyacları olmadığı o gözəl günləri tezliklə görəcəyik.

Bayramınız mübarək, əziz qadınlar!

Brilyant Rəsulova // A24.az

j

Qadınlar ƏSLA haqsız deyil.8 mart gününə həsr edilmiş ən mənalı VİDEO

Posted by a24.az sayt on Mittwoch, 7. März 2018

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Redaktor Seçimi, Son Dəqiqə, Maraqlı, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar