A24 Xeber

Zukerberq bir həftəyə altı milyard pul itirib

Zukerberq bir həftəyə altı milyard pul itirib
35
20 Mart 2018 - 12:51

“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberqin varidatı 6,06 milyard dollar azalıb.

“A24.az”  CNBC telekanalına istinadən xəbər verir ki, buna səbəb Nyu York fond birjasında şirkətə aid səhmlərin ucuzlaşmasıdır.

Səhmlərin ucuzlaşmasına “Cambridge Analytica” şirkətinin  50 milyondan çox “Facebook” istifadəçisinin şəxsi məlumatlarından öz məqsədləri üçün icazəsiz istifadə etməsi haqqında xəbərlərin yayılması təsir edib.

İddiaya görə, Donald Trampa aid şirkətin mənafeyindən çıxış edən şirkət seçicilərin nəyə üstünlük verdiyini araşdırıb və bunun əsasında seçicilərin siyasi seçimlərinin təhlili alqoritmini ərsəyə gətirib.

“Facebook” rəhbərliyi  analitik şirkətin bu əməlindən xəbərsiz olduğunu bəyan etmişdi.

Səhmlərin ucuzlaşmasından sonra 6 milyard dollar itirməsinə baxmayaraq, Zukerberq hələ də dünyanın dördüncü ən zəngin insanıdır.

Oxu.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00